“Sumqayıt” hazırlıqları bərpa edib

“Sumqayıt” hazırlıqları bərpa edib

Türkiyə toplanışının ardından birgünlük istirahəti başa vuran “Sumqayıt” Futbol Klubu hazırlıqları bərpa edib. SİA-nın məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda dünən saat 16:00-da “Kapital Bank Arena”da məşqə çıxıb.

Komanda tam heyətlə məşq edib. Bundan başqa, əvəzedici heyətdən 4 futbolçu hazırlıq prosesinə cəlb edilib. Təxminən 1,5 saat davam edən məşqdə daha çox toplu çalışmalara üstünlük verilib. Hazırlıq ikitərəfli oyunla yekunlaşıb.

Qeyd edək ki, “Zirə” - “Sumqayıt” qarşılaşması fevralın 10-da keçiriləcək. Saat 16:00-da start götürəcək olan qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə