2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarının vaxtı müəyyənləşib

2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarının vaxtı müəyyənləşib

2024-cü ildə Fransanın Paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının vaxtı müəyyənləşib. SİA-nın məlumatına görə, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb.

Olimpiya Oyunları 26 iyul - 11 avqustda, Paralimpiya Oyunları isə 28 avqust - 8 sentyabrda təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə