Fevralın 4-də Kristobal Parralo ilə yollarını ayıran "Deportivo" yeni baş məşqçi tapıb. SİA-nın məlumatına görə, La Korunya klubuna mövsümün sonuna kimi Klarens Zedorf rəhbərlik edəcək. 41 yaşlı mütəxəssis daha öncə "Milan" və Çinin "Şenzen" klubunda işləyib.
Zedorf futbolçu karyerasında "Ayaks", "Real Madrid", "Sampdoriya", "İnter", "Milan" və "Botafoqo"da forma geyinib. O, Hollandiyanın klub səviyyəsində ən titullu futbolçularından biri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB