Türkiyə klubuna silahlı hücum

Türkiyənin ikinci liqasında çıxış edən "Kastamonuspor 1966" klubuna silahlı hücum olub. SİA-nın məlumatına görə, nəticədə klubun bazasının müdiri Eren Uzun və futbolçu (kapitan) Salih Sefercik ayağından vurulub.

Hər iki yaralı Kastamonu Dövlət Xəstəxanasına yerlişdirilib. Onlara silahla hücum edən şəxsin işdən çıxarılan, amma sonradan yenidən işə götürülən massajçı Əmrə Sarıoğlu olduğu müəyyənləşib.

"Balıkesirspor"la iki dəfə aşağı liqanın qalibi olan, "Orduspor"la yarımfinal oynayan, "Giresunspor"la pley-off mərhələsinə vəsiqə qazanan Salih Sefercik iki mövsümdür "Kastamonuspor 1966"da çıxış edir. Onun futbolçu karyerasının bitə biləcəyi deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə