Neymar: "O günün tez gəlməsini istəyirəm"

Neymar: "O günün tez gəlməsini istəyirəm"

Adı "Real"la yanaşı hallanan PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasında "Kral Klubu" ilə keçirəcəkləri oyunlarla bağlı danışıb. SİA-nın məlumatına görə, braziliyalı ulduz İspaniya klubu ilə oyunun tez gəlməsini arzuladığını bildirib: "Hamımız bu tip oyunlara əvvəlcədən hazırlaşırıq. "Real"a qarşı oynayacağım üçün həyacanlıyam. O günün tez gəlməsini istəyirəm".

Qeyd edək ki, PSJ-yə 222 milyon avroya transfer olunan Neymar cari mövsümdə keçirdiyi 26 matçda 27 qol vurub və 16 məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə