"Neftçi" bu gün daha bir yoxlama oyunu keçirəcək

"Neftçi" bu gün daha bir yoxlama oyunu keçirəcək

Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşacağı "Kəpəz” klubu ilə oyunun hazırlığını davam etdirən "Neftçi” PFK daha bir yoxlama matçı keçirəcək. SİA-nın məlumatına görə, komanda bu gün "Sabah” klubu ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasının meydanında olacaq görüş saat 15:00-da başlanacaq.

Qeyd edək ki, "Neftçi” - "Kəpəz” matçı fevralın 11-də "Bakcell Arena”da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə