Ölkəmizdə futbolun kütləviləşdirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər UEFA tərəfindən yüksək qiymətləndirildiyindən beynəlxalq qurum növbəti seminarını Bakıda keçirmək qərarına gəlib. SİA-nın məlumatına görə, noyabrın 1-dən 4-ə qədər ölkəmizin paytaxtında "Azərbaycanda Kütləvi Futbol" mövzusunda keçiriləcək seminarda Macarıstan, Serbiya və Latviya Futbol Federasiyalarından olan nümayəndə heyətləri iştirak edəcəklər. Seminarda Azərbaycanda kütləvi futbolun inkişafı üçün müəyyənləşən layihələr, həyata keçirilən tədbirlər və qazanılan nailiyyətlər barədə danışılacaq, təcrübə mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB