Yığmamız qrupda son oyununu keçirib

Yığmamız qrupda son oyununu keçirib

Sloveniyanın Lyublyana şəhərində təşkil edilən futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edən Azərbaycan millisi D qrupunda son oyununu keçirib. SİA-nın məlumatına görə, "Stojice Arena"da İspaniya ilə qarşılaşan komandamız 0:1 hesabı ilə məğlub olub. İlk oyunda Fransa yığmasına 5:3 hesabı ilə qalib gələn millimiz mübarizəni ¼ final mərhələsində davam etdirəcək. Komandamızın rəqibi Portuqaliya millisi olacaq. Fevralın 6-da keçiriləcək oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 21:00-da) başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə