2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlaşan “Qəbələ” futbol klubu Türkiyə toplanışını başa vurub. SİA-nın məlumatına görə, “qırmızı-qaralar” Antalya hazırlıqlarının ikinci mərhələsinin 15-ci gününü bir məşqlə yekunlaşdırıb. Günün ilk yarısına təsadüf edən hazırlıq prosesi fiziki çalışmalardan ibarət olub. Fitnes zalında çalışan futbolçular qruplar şəklində müxtəlif hərəkətləri icra ediblər. Bu məşqlə toplanışı yekunlaşdıran “Qəbələ” günün ikinci yarısında Vətənə qayıdıb.
Xatırladaq ki, “qırmızı-qaralar” yanvarın 5-dən 17-nə və 21-dən fevralın 4-dək davam edən iki mərhələdən ibarət hazırlıq prosesində 6 yoxlama oyunu keçirib. Komanda Antalya toplanışında Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (3:3), Çexiyanın “Bohemians” (1:3) və Makedoniyanın “Şkendiya” (0:2) klubları ilə üz-üzə gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB