"Qalatasaray" "Sivasspor"a məğlub olub

"Qalatasaray" "Sivasspor"a məğlub olub

Futbol üzrə Türkiyə Super Liqasının XX turunun növbəti oyunları keçirilib. Lider "Başakşəhir" səfərdə "Konyaspor" ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 1:1 hesabı ilə yekunlaşıb. Turun digər oyununda "Kasımpaşa" komandası "Akhisarspor"u qəbul edib. Matçda meydan sahibləri rəqib komandanın qapısından iki cavabsız top keçiriblər – 2:0.

"Osmanlıspor" klubunun qonağı olan "Kayserispor" rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Turun maraqla gözlənilən "Sivasspor"-"Qalatasaray" oyunu İstanbul təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb. Belə ki, "Sivasspor" rəqibindən 2:1 hesabı ilə üstün olub.

Tura fevralın 5-də keçiriləcək "Trabzonspor"-"Göztəpə" matçı ilə yekun vurulacaq. Qeyd edək ki, hesabında 43 xal olan "Başakşəhir" turnir cədvəlinin lideridir. "Qalatasaray" 41 xalla ikinci, "Fənərbağça" 38 xalla üçüncü, "Beşiktaş" 37 xalla dördüncü, "Kayserispor" isə 34 xalla beşinci pillədə qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə