Cüdoçumuz Avropa kubokunun bürünc medalını qazanıb

Cüdoçumuz Avropa kubokunun bürünc medalını qazanıb

Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə Avropa kuboku uğrunda yarışa yekun vurulub. Turnirin son günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. 100 kiloqramdan artıq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Stanislav Bondarenkoya qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə