Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt” bu gün son yoxlama görüşünü keçirəcək. SİA-nın məlumatına görə, "kimyaçılar” "Mladost”la üz-üzə gələcək. Baş məşqçi Samir Abasovun yetirmələrinin Serbiya təmsilçisi ilə qarşılaşmasının start fiti Bakı vaxtı ilə 16:00-da səslənəcək.
Qeyd edək ki, "Sumqayıt” buna qədər Antalyada "Konkordiya” (Rumıniya - 0:1) və "Anji”yə (Rusiya - 0:1) uduzub, "Akademiya Pandev”lə (Makedoniya - 1:1) isə heç-heçə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB