“Zirə”nin son yoxlama görüşünün vaxtı müəyyənləşib

“Zirə”nin son yoxlama görüşünün vaxtı müəyyənləşib

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” futbol klubunun son yoxlama görüşünün vaxtı müəyyənləşib. SİA-nın məlumatına görə, Macarıstanın “Haladaş” klubuna qarşı keçiriləcək matç sabah Bakı vaxtı ilə 16:00-da başlayacaq.

Qeyd edək ki, “Zirə” bundan əvvəl Rumıniya “Volentaru”sına qalib (2:0) gəlib, Rusiya “Avanqard”ına isə uduzub (0:3).

Bütün xəbərlər Facebook səhifəmizdə