Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində Gənclər arasında boks üzrə Bakı şəhər birinciliyi keçirilib. Baş İdarənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, birincilikdə "Rabitə İK", "Zenit İC", "Neftçi İSM", "ROİL", "DİN", "Məhsul İC", "Məhsul İC", "Gömrükçü İSM", "Lokomotiv İSM", "13 saylı İOEUGİM", "1 saylı RİOEUGİM", "Hövsan OİK"-nı təmsil edən 86 idmançı iştirak edib. Yarış 10 çəki dərəcəsi üzrə təşkil olunub.
Yarışda I yerə 49 kq çəki dərəcəsində Orxan Suleymanov (Neftçi İSM), 52 kq çəki dərəcəsində Ramal Yusifzadə (Rabitəçi İK), 56 kq çəki dərəcəsində İlkin Quliyev (Rabitəçi İK), 60 kq çəki dərəcəsində Şahmar Əliyev (Gömrükçü İSM), 64 kq çəki dərəcəsində Pərviz Bağırov (Neftçi İSM), 69 kq çəki dərəcəsində Fəqan Hüseynov (Neftçi İSM), 75 kq çəki dərəcəsində Nurxuda Heydərov (Neftçi İSM), 81 kq çəki dərəcəsində Seyidəzim Qəhrəmanov (ROİL), 91 kq çəki dərəcəsində Ülvi Bağırov (Lokomotiv İSM), +91 kq çəki dərəcəsində isə Zülfüqar İbayev (Neftçi İSM) layiq görülüb.
Yarışda I, II və III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB