Millimiz bu gün ilk oyununu keçirəcək

Millimiz bu gün ilk oyununu keçirəcək

Futzal üzrə Azərbaycan millisi Sloveniyada təşkil edilən Avropa çempionatının final mərhələsində bu gün ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, komandamız Lyublyanadakı “Stojice Arena”da Fransa millisi ilə qarşılaşacaq. Yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00-da) başlayacaq və CBC Sport televiziya kanalında canlı yayımlanacaq oyunu Angelo Qalante (İtaliya), Alessandro Malfer (İtaliya), Ondrej Cernidən (Çexiya) ibarət hakimlər briqadası idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə