İspaniyanın Alcalа de Henares şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında təşkil edilən Çempionlar Liqasının ¼ final mərhələsinin oyunları keçirilib. SİA-nın məlumatına görə, təmsilçimiz “Ulduz” Fransanın “Reims” komandasına 2:5 hesabı ilə məğlub olub.
Komandamız bu gün 5-8-ci yerlər uğrunda keçiriləcək play-off oyunlarında iştirak edəcək. “Ulduz” Bakı vaxtı ilə saat 14:00-da “Oslo Doves Sport” komandası ilə qarşılaşacaq. Digər oyunda isə “Torino” – “Real En On Solo” komandaları üz-üzə gələcək. Qalib komandalar 5-ci, məğlublar isə 7-ci yer uğrunda oyunda iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB