"Arsenal" Məsut Özil ilə müqaviləni yeniləyib

"Arsenal" Məsut Özil ilə müqaviləni yeniləyib

"Arsenal" futbolçusu Məsut Özillə müqaviləni rəsmən yeniləyib. Klubun rəsmi saytında yer alan xəbərə görə, 29 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. Britaniya mətbuatı M.Özilin yeni sözləşmə ilə həftəsinə 350 min funt sterlinq qazanacağını yazıb.

Qeyd edək ki, M.Özil bu mövsüm 21 matçda 4 qol vurub, 7 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə