Uels millisinin baş məşqçisi Rayan Qiqqs həmyerlisi Qaret Beylin "Real Madrid"dən getmək ehtimalına toxunub. SİA-nın məlumatına görə, gənc mütəxəsis bunları deyib: "Son aylarda Beyl göstərdi ki, millinin əsas oyunçularından biridir. Əsas məsələ komandadır, amma heyətə Qaret kimi güclü futbolçular lazımdır. Onunla artıq danışmışıq. Beyl "Real"da xoşbəxtdir və klubu tərk etmək istəmir. O, rəhbərlik və məşqçilər korpusunun ona necə münasibət bəslədiyini bilir. Buna görə azarkeşlərə nəyə qadir olduğunu göstərmək istəyir".
Qeyd edək ki, bu mövsüm 28 yaşlı futbolçu İspaniya Primerasında 10 oyun keçirib və 6 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB