Tbilisidə təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubunun əvəzediciləri növbəti yoxlama oyununu keçiriblər. SİA xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkədəki ikinci sınağında “Saburtalo”nun əvəzediciləri ilə görüşüblər. Qarşılıqlı hücumlarla və gərgin idman mübarizəsi şəraitində keçən matçın taleyini 1 qol həll edib. Matçın 62-ci dəqiqəsində meydan sahiblərinin qapısına yol tapan Vüsal Rzayev “Qəbələ”yə qələbə qazandırıb – 1:0.
Emin İmaməliyevin baş məşqçisi olduğu komanda Gürcüstanda növbəti oyununu bu gün keçirəcək. “Qırmızı-qaralar” Tbilisi “Lokomotiv”inin əvəzediciləri ilə qarşılaşacaqlar.
Xatırladaq ki, komandamız qonşu ölkədəki ilk yoxlama oyununda “VİT-Corciya” ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB