İdmançımız “Pxençanq-2018”də yarışacaq - FOTOLAR

İdmançımız “Pxençanq-2018”də yarışacaq - FOTOLAR

Fevralın 7-25-də “Pxençanq-2018” Qış Olimpiya Oyunları keçiriləcək. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti XXVIII Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Cənubi Koreyanın Pxençanq şəhərinə yola düşəcək.

Ölkəmiz 1998-ci ildən Qış Olimpiadasında iştirak edir. Budəfəki Oyunlarda Azərbaycanı slalom və böyük slalom yarışlarına qatılacaq Patrik Braxner təmsil edəcək. Atlet “Pxençanq-2018” Qış Olimpiya Oyunlarına lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində qazanıb.

Qeyd edək ki, P.Braxner daha öncə “Soçi-2014” Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə