Yanvarın 20-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxacaq. SİA-nın məlumatına görə, komanda “Su Səsi” otelin meydançasında Slovakiyanın yüksək liqa təmsilçisi “Senica” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "Səbail" bundan əvvəl Bolqarıstan “Lokomotiv”inə 1:3 hesabı ilə uduzub, “Çernomorets” (Ukrayna-0:0) və “Napredak”la (Serbiya-1:1) heç-heçə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB