Mərakeşin Aqadir şəhərində keçirilən gənclər arasında dünya çempionatında cüdoçumuz Şahin Qəhramanov (90kq) bürünc medal qazanıb. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, idmançımız ilk olaraq Almaniya və Qazaxıstan təmsilçilərini məğlubiyətə uğradaraq ¼ finala vəsiqə qazanıb. Lakin təmsilçimiz bu mərhələdə Koreya cüdoçusuna məğlub olub. Buna baxmayaraq Şahin təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. Cüdoçumuz ilk təsəlliverici görüşdə Dzarmotov Əlixanı (Rusiya), növbəti görüşdə isə Retynskiy Stanislavı (Ukrayna) məğlub edərək dünya çempionatının bürünc medalını qazanıb.
Digər cüdoçumuz Azər Ağayev (81 kq ) çemponatın 7-cisi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB