İngiltərənin "Stok Siti" klubu öz rəsmi saytında "Qalatasaray"dan yarımmüdafiəçi Papa Aliune N’Diayenin transfer olunduğunu elan edib. SİA-nın məlumatına görə, ingilis komandası 27 yaşlı seneqallıya görə 16 milyon dollar ödəyib. Futbolçu ilə müqavilə 4 il müddətinə nəzərdə tutulub.
N’Diaye artıq yeni komandasında debüt edib. O, Premyer Liqanın 25-ci turunda "Vatford"la oyunda meydana çıxıb.
Yarımmüdafiəçi Türkiyə Superliqasında keçirdiyi 17 oyuna 1 qol vurub, 4 məhsuldar ötürmə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB