"Qalatasaray" “şeytanın qıçını qırdı”

"Qalatasaray" “şeytanın qıçını qırdı”

Türkiyə Super Liqasının 9-cu turunun növbəti oyunları keçirilib. SİA-nın məlumatına görə, turun ən maraqlı oyunu derbi matçı – "Fənərbaxça" – "Qalatasaray" qarşılaşması olub. Kadıköy stadionunda baş tutan oyunda əzəli rəqiblərin heç biri qol vura bilmədilər. 11 ildir ki, "Fənərbaxça"nın meydanında xal qazana bilməyən "Qalatasaray" nəhayət, heç-heçəyə nail oldu.

Oyunların nəticələrini nəzərinizə çatdırırıq:

"Ankaragücü" – "Bursaspor" 1:5
"Manisaspor" – "Kasımpaşa" 2:1
"Fənərbaxça" – "Qalatasaray" 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə