Türkiyənin "Gənclərbirliyi" klubu müdafiə xəttini gücləndirib. SİA-nın məlumatına görə, Supeliqa təmsilçisi "Sent Etyen"dən Florentin Poqbanı transfer edib. Qvineya millisinin üzvü ilə 1,5 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Florentin "Mançester Yunayted"də çıxış edən Pol Poqbanın qardaşıdır.
Əlavə edək ki, "Gənclərbirliyi" qış transfer dönəmində "Bursaspor"dan ayrılan millimizin üzvü Dəniz Yılmazı da heyətinə qatmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB