Antalyada təlim-məşq toplanışında olan "Keşlə" heyətinə yeni oyunçu cəlb edib. SİA-nın məlumatına görə, iki gündür komandaya qoşulan Sezar Meza Kollinin durumu məşqçilər korpusu tərəfindən bəyənilib. Onunla mövsümün sonuna qədər müqavilə imzalanacaq.
Xatırladaq ki, paraqvaylı yarımmüdafiəçi 2013-2016-cı illərdə "İnter"də (İndiki "Keşlə") çıxış edib. O, son olaraq ölkəmizdə "Zirə"də oynayıb.
Əlavə edək ki, Sezar Meza Kollinin qardaşı Derlis Meza Kolli "Neftçi"nin üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB