"Mançester Yunayted" Xuan Mata ilə müqaviləni uzadıb

"Mançester Yunayted" Xuan Mata ilə müqaviləni uzadıb

İngiltərə Premyer Liqasında mübarizə aparan "Mançester Yunayted"də yeni müqavilə qeydə alınıb. SİA-nın məlumatına görə, komandanın ispaniyalı yarımmüdafiəçisi Xuan Mata ilə yeni sözləşmə imzalanıb. 29 yaşlı futbolçu 2019-cu ilə qədər davam edən yeni müqaviləyə qol çəkib.

İspaniya millisinin üzvü 2014-cü ildə "Çelsi"dən "Mançester Yunayted"ə 46 milyon avroya transfer edilib. Mata bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 26 oyuna 3 qol vurub və 4 qol ötürtməsi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə