"Qalatasaray"dan yeni transfer

"Qalatasaray" müdafiə xəttini gücləndirib. SİA-nın məlumatına görə, İstanbul təmsilçisi heyətinə İtaliyanın "İnter" klubundan yaponiyalı futbolçusu Yuto Naqatomonu qatıb. 31 yaşlı sol cinah müdafiəçisi "Qalatasaray"da icarə əsasında top qovacaq. Transferin detallarına əsasən, "sarı-qırmızılar" Yaponiya millisinin üzvünü satın alma şərtiylə 6 milyon avroya birdəfəlik heyətinə qata bilər.

Qeyd edək ki, Naqatomo 2011-ci ildən "İnter"də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə