Antalyada təlim-məşq toplanışında olan "Kəpəz" bu gün növbəti yoxlama oyununu keçirəcək. SİA-nın məlumatına görə, Yunis Hüsyenovun komandası Serbiya Superliqasında çıxış edən "Spartak"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, buna qədər Türkiyədə üç hazırlıq oyununa çıxan “Kəpəz” Rumıniyanın “Vitorul” klubu ilə heç-heçə edib (1:1), Cənubi Koreyanın “Daejeon Citizen” komandasına qalib gəlib (1:0) və "Yagelloniya"ya (Polşa) 1:8 hesabı ilə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB