"Sumqayıt" "Anji" ilə qarşılaşacaq

"Sumqayıt" "Anji" ilə qarşılaşacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" futbol klubu bu gün növbəti yoxlama oyununu keçirəcək. SİA-nın məlumatına görə, komanda Rusiyanın "Anji" klubu ilə üz-üzə gələcək. Qarşılaşma "Titanic Belek" otelinin stadionunda Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, "Sumqayıt” ilk yoxlama görüşündə Makedoniya təmsilçisi “Akademiya Pandev”lə heç-heçə edib (1:1).

31 yanvar
Yoxlama oyunu
17:00. "Sumqayıt" - "Anji" (Rusiya)

Bütün xəbərlər Facebook səhifəmizdə