Türkiyədə təlim-məşq toplanışını olan “Neftçi” bu gün sonuncu yoxlama görüşünü keçirib. Qol.az-ın məlumatına görə, “ağ-qaralar” Makedoniyanın “Sileks” klubu ilə üz-üzə gəlib. Bundan əvvəl keçirdiyi 4 oyunun hamısında uduzan Tərlan Əhmədovun komandası bu dəfə də meydanı məğlub tərk edib - 0:3.
Qeyd edək ki, “Neftçi” əvvəlki yoxlama oyunlarında “SKA Xabarovsk”a (Rusiya) 1:8, “Slaviya”ya (Bolqarıstan) 0:1, “Konkordiya”ya (Rumıniya) 0:1, “Krılya Sovetov”a (Rusiya) isə 0:2 hesabı ilə məğlub olub.
30 yanvar
Yoxlama oyunu
17:00. "Neftçi" (Azərbaycan) - "Sileks" (Makedoniya) - 0:3
“Neftçi”: Səlahət Ağayev, Fərid Abbaslı (Mayk Kampaz, 46), Kirilo Petrov, Elvin Sərkərov, İlkin Qırtımov, Rəşad Sadiqov (k), Derlis Meza Kolli, İqnasio Errera, Namik Ələskərov, Fransisko Qarsiya, Mirabdulla Abbasov (Lukas Qomez, 46)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB