Eddi İsrafilov “Alkorkon”a keçib

Eddi İsrafilov “Alkorkon”a keçib

Azərbaycan futbolçusu Eddi İsrafilov İspaniyanın “Ximnastik” klubunu tərk edib. SİA-nın məlumatına görə, yarımmüdafiəçi artıq İspaniya Sequndasının digər klubuna – “Alkorkon”a öz keçidini təsdiqləyib. Tərəflər 2019/2020-ci il mövsümünün sonunadək müqavilə imzalayıblar.

Xatırladaq ki, E.İsrafilov “Ximnastik” klubuna cari mövsümün əvvəlində keçmişdi.

Hazırda E.İsrafilovun yeni komandası 29 xalla turnir cədvəlinin 16-cı pilləsindədir və futbolçunun artıq keçmiş komandasını bir pillə geridə qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə