Andrey Yarmolenko zədələnib

"Borussiya Dortmund"un hücumçusu Andrey Yarmolenko bir müddət komandasına kömək edə bilməyəcək. SİA-nın məlumatına görə, diz bağlarını zədələyən ukraynalı forvard bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Yarmolenko bu mövsüm Bundesliqada 16 oyun keçirib. O, son turda "Frayburq"la matçın 67-ci dəqiqəsində Kristian Puluşiçi əvəzləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə