Hakimlər “Kəpəz”ə seminar keçiblər - FOTOLAR

Hakimlər “Kəpəz”ə seminar keçiblər - FOTOLAR

Antalyada təlim-məşq toplanışında olan “Kəpəz”in əsas komandasının üzvləri üçün hakimlər tərəfindən seminar keçirilib. SİA-nın məlumatına görə, seminarda eyni məqsədlə Türkiyədə olan ədalət təmsilçilərindən baş hakim İnqilab Məmmədov və yan xətt hakimi Mübariz Haşımov iştirak edib.

Onlar oyun qaydaları barədə ətraflı məlumatlar verərək, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Mübahisə doğuran müxtəlif oyun epizodları ilə bağlı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə