Bu gün saat 20:00: Azərbaycan - Moldova

Bu gün saat 20:00: Azərbaycan - Moldova

Türkiyənin Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün futbol üzrə Azərbaycan milli komandası Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək. SİA-nın məlumatına görə, “Mardan” stadionunda təşkil ediləcək oyun yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq. Qarşılaşmanı türkiyəli hakimlər idarə edəcək:

Baş hakim: Hüseyin Göçek

Baş hakimin köməkçiləri: Bahattin Duran, Tarık Ongun

Dördüncü hakim: Barış Şimşek

Bütün xəbərlər Facebook səhifəmizdə