"Zirə" "Avanqard" ilə üz-üzə gələcək

"Zirə" "Avanqard" ilə üz-üzə gələcək

Türkiyənin Antalya şəhərində təlim-məşq tolpanışında olan "Zirə" futbol klubu bu gün növbəti yoxlama oyununa çıxacaq. SİA-nın məlumatına görə, komanda Rusiyanın "Avanqard" klubu ilə üz-üzə gələcək. Manavqat Bələdiyyəsinin “Atatürk” stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Zirə" ilk yoxlama görüşündə Rumıniyanın "Voluntarı" klubunu 2:0 hesabı ilə məğlub edib.

30 yanvar

Yoxlama oyunu

16:00. "Zirə" - "Avanqard"

Bütün xəbərlər Facebook səhifəmizdə