“Keşlə” Ukrayna klubuna məğlub olub

“Keşlə” Ukrayna klubuna məğlub olub

Antalyada təlim-məşq toplanışında olan “Keşlə” futbol klubu növbəti yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, Yuri Maksimovun yetirmələri Ukraynanın “Karpatı” klubu ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matçda bakılılar məğlubiyyətlə üzləşiblər (1:2). Paytaxt təmsilçisinin yeganə qolunu Əlibəy Məmmədli vurub.

Bu, Bakı klubunun Antalyadakı ikinci yoxlama oyunu idi. Komanda ilk matçda Makedoniyanın “Rabotniçki” klubunu 1:0 hesabı ilə məğlub etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə