Futbol üzrə Milli komandamızın üzvü Ruslan Abışov Moldova ilə oyunöncəsi keçirilən məşqdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.
- Hazırlıqlarımız davam edir. Vaxtımız azdır. Dünən komandaya qoşulmuşuq, sabah isə 2018-ci ildə ilk oyunumuz olacaq. Yoxlama matçı olmasına baxmayaraq, yaxşı başlamaq istəyirik.
- “Neftçi”dəki uğursuz oyunlardan sonra özünü psixoloji cəhətdən necə hiss edirsən?
- Milli ilə klubu qarışdırmaq istəmirəm. Əsas odur ki, sabahkı matçı uğurlu keçirək.
- Ümumiyyətlə, Qurban Qurbanov “Neftçi”nin futbolçuları ilə ayrılıqda söhbət edib?
- Yox. Sadəcə, soruşdu ki, özünüzü fiziki cəhətdən necə hiss edirsiniz.
- Moldova yığması ilə bağlı artıq məlumat əldə etmisiniz?
- Rəqibi analiz etmişik. Sabah yaxşı çıxış edəcəyimizə inanırıq.
- Sabah hansı mövqedə çıxış edəcəksən, müdafiə, yoxsa yarımmüdafiədə?
- Müdafiənin mərkəzində oynayacam. Çünki əsas mövqeyim müdafiənin mərkəzidir. Məşqçilər hərdən məni fərqli mövqedə oynadırlar. Amma özümü müdafiədə daha rahat hiss edirəm.
- Əvvəllər standart vəziyyətlərdən fərqləndiyini görmüşük. Bu dəfə də bunu edəcəksən?
Əsas məqsədim millinin heyətində möhkəmlənməkdir. Eyni zamanda, mümkün olduğu qədər qol da vurmağa çalışacam.
- “Neftçi”də nə baş verir?
- Klubdan bizə qadağa qoyublar. Dedilər ki, ancaq milli komandadan danışa bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB