Birinci Divizionda çıxış edən “Sabah” bu qış fasiləsində növbəti transferini edib. SİA-nın məlumatına görə, cari mövsümün ilk yarısını “Kəpəz”də çıxış edən qapıçı Ruzi Qiyaslı mövsümün sonuna kimi paytaxt klubu ilə müqavilə imzalayıb.
23 yaşlı qapıçı karyerası ərzində “Turan”, “Şəmkir”, “Neftçi”, “Ağsu” və “Qaradağ Lökbatan” klublarında da forma geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB