“ARAF kuboku” beynəlxalq turnirinə start verilib

“ARAF kuboku” beynəlxalq turnirinə start verilib
Bakıda konkur üzrə CSI2*-W kateqoriyalı "ARAF kuboku" beynəlxalq turnirinə start verilib. SİA-nın məlumatına görə, "Sərhədçi" Atçılıq Mərkəzində təşkil olunmuş turnirdə Azərbaycan, Gürcüstan, Rusiya və Bolqarıstan idmançıları iştirak edirlər. Yarışın hakimlər kollegiyası Almaniya, Türkiyə və İtaliyadan dəvət olunmuş mütəxəssislərdir. Yarışın mükafat fondu 50 min İsveçrə frankıdır. Turnir oktyabrın 24-də yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə