Bu gün “Yuventus”un qapıçısı Canluici Buffonun 40 yaşı tamam olub. Bu münasibətlə Turin klubu futbolçusunu təbrik edib. “Sən nömrə birsən, superqəhrəmansan. Doğum günün mübarək!” – deyə təbrikdə bildirilib.
Qeyd edək ki, “Yuventus”un heyətində Buffon 10 dəfə İtaliya çempionu, 3 dəfə ölkə kubokunun qalibi, 2006-cı ildə ildə isə dünya çempionu olub. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası Buffonu 21-ci əsrin birinci onilliyinin ən yaxşı qapıçısı elan edib.
Ötən il İtaliya millisində karyerasını başa vuran əfsanəvi qapıçı hazırda “Yuventus”da çıxış etməkdə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB