"Qalatasaray"dan növbəti qələbə

"Qalatasaray"dan növbəti qələbə

"Qalatasaray" Türkiyə Superliqasında növbəti qarşılaşmada qüvvəsini sınayıb. Belə ki, İstanbul klubu 19-cu turda doğma meydanda "Osmanlıspor"la qarşılaşıb. Qarşılaşma Fatih Terimin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray" - "Osmanlıspor" - 2:0
Qollar:
Fequli, 37, Qomis, 88

Bu qələbə ilə xalını 41-ə çatdıran "Qalatasaray" turnir cədvəlində ilk pilləyə yüksəlib. İstanbul klubundan 1 oyun az keçirən "Başakşəhər" 39 xalla 2-ci, "Fənərbaxça" 36 xalla 3-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə