Kikboksçularımızdan 7 nəfəri Avropa çempionatının finalına vəsiqə qazanıblar

Kikboksçularımızdan 7 nəfəri Avropa çempionatının finalına vəsiqə qazanıblar

Heydər Əliyev adına Bakı İdman-Konsert Kompleksində Ümumdünya Kikboks Təşkilatları Assosiasiyası (WAKO) versiyası üzrə Avropa çempionatında finalçılar müəyyən edilib.

SİA-nın məlumatına görə, həlledici döyüşlərdə Azərbaycanın 7 nümayəndəsi iştirak edəcəkdir – Elçin Bayramov (51 kq, lou-kik), Elşad Ələsgərov (51 kq, K-1), Sərxan Mədətov (57 kq, lou-kik), Elnur Dəryagir (60 kq, K-1), Eduard Məmmədov (60 kq, lou-kik), Ağalar Sadıqzadə (86 kq, K-1), Zamiq Atakişiyev (91 kq, K-1).

Turan Qafarov (54 kq, K-1), Emin Kərimov (63,5 kq, lou-kik), Seyran Qurbanov (69 kq, veteranlar), Albert Qəribov (84 kq, veteranlar) artıq bürünc medallar qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə