Ronaldo: "İspaniyada qalmaq istəyirəm"

Ronaldo: "İspaniyada qalmaq istəyirəm"

"Real"ın hücumçusu Kriştianu Ronaldo karyerasını Madrid klubunda davam etdirəcəyinə ümid etdiyini və yaşayış yerini dəyişmək niyyətində olmadığını bildirib. SİA-nın məlumatına görə, portuqaliyalı futbolçunun sözlərini "Marca" nəşri sitat gətirib: "Madriddə yaşamaq xoşuma gəlir. Bu şəhərdə 2009-cu ildən yaşayıram. Burada həm hava, həm də insanlar xoşuma gəlir. Bundan əlavə, bu, Portuqaliyaya yaxın şəhərdir və ora maşınla getmək mümkündür. İspaniya əla ölkədir. Əlbəttə, burada qalmaq istəyirəm. Bu klub da mənim xoşuma gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə