Ramos və İsko "Valensiya" ilə matçda oynamayacaq

Ramos və İsko "Valensiya" ilə matçda oynamayacaq

"Real" iki ciddi itki ilə üzləşib. SİA-nın məlumatına görə, komandanın aparıcı futbolçuları Serxio Ramos və İsko zədələnib. Bu səbəbdən onların adı La Liqanın 21-ci turunda "Valensiya"ya qarşı oyun üçün iştirak ərizəsinə salınmayıb. Hər iki futbolçunun bərpa müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, "Valensiya" - "Real" görüşü bu gün keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə