Xəbər verdiyimiz kimi, kişi boksçular arasında Azərbaycan çempionatı davam edir. SİA-nın məlumatına görə, 39 komandanın 200-dən artıq idmançısının qatıldığı yarışın ilk günündə 33 döyüş baş tutub.
Belə ki, 60 kq, 64 kq və 75 kq çəki dərəcələrində ilkin qarşılaşmalar olub və 1/8 finala vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib. Yığmamızın aparıcı üzvlərindən dünya çempionu Cavid Çələbiyev və Yeniyetmələrin Yay Olimpiya Oyunlarının finalçısı Elvin İsayev mərhələ adlamaqda çətinlik çəkməyiblər.
Qeyd edək ki, boksçuların sayının çox olması səbəbindən yarışın təqvimində dəyişiklik edilib. Çempionat 5 gün deyil, 6 gün olacaq. Bu səbəbdən də finallar yanvarın 31-də keçiriləcək.
Yarışda ikinci günün döyüşləri saat 13:00-da başlanacaq.
Azərbaycan çempionatı
I günün nəticələri
60 kq
Sərxan Əliyev ("Qəbələ" İK) - Ramil Qasımzadə ("Gömrükçü" İK) - İkinci döyüşə gəlməyib.
Polad Hüseynov (Səbail İK) - Namiq Abbasov ("Gömrükçü" İK) - 5:0
Sərxan Qurbanzadə ("Neftçi" İK) - Şəmistan İmanov ("Qızıl Əlcək" İK) - 5:0
Kamran Talıbov ("Gilan" İK) - Sayad Lalayev (MOİK) - Birinci döyüşü davam etdirməkdən imtina edib.
İbrahim Cabirzadə ("Qızıl Əlcək" İK) - Cəbi İsayev (Naxçıvan) - Birinci tam üstünlüklə qələbə qazanıb.
Coşqun Həsənov (Sabirabad) - Vüsal Verdiyev ("Qəbələ" İK) - İkinci döyüşü davam etdirməkdən imtina edib.
Süleyman Süleymanlı (Masallı) - Rafiq Cəfərov ("Xəzər" İK) - 5:0
Arzuman Tağıyev (Naxçıvan) - Elvin Qarayev (DİN) - İkinci döyüşə gəlməyib.
Araz Ömərov ("Kür" İK) - Həsən Qasımov (DİN) - 0:5
Elvin Ələkbərov (Hacıqabul) - Seymur İsayev ("Gilan" İK) - 0:5
Kənan Kazımov ("Lokomotiv" İK) - Elməddin Şirəli (Astara) - İkinci döyüşü davam etdirməkdən imtina edib.
Saleh Məmmədov (MOİK) - Cavid Çələbiyev ("Qəbələ" İK) - 0:5
64 kq
İman Əhmədli ("Orion" İK) - Elman Cəfərov ("Neftçi" İK) - Birinci tam üstünlüklə qələbə qazanıb.
Zabex Şomiyev (Masallı) - Elşən Məmmədov (Z-1 İK) - 5:0
Mirasif Hadızadə (Astara) - Xəyal Əliyev - Birinci tam üstünlüklə qələbə qazanıb.
Pərviz Quliyev ("Rabitə" İK) - Elnur Əliyev (DİN) - 1:4
Elvin Məmmədov (DİN) - Xanbala Qurbanov ("Gilan" İK) - 1:4
Ayxan Tağıyev (MOİK) - Fərid Ağamoğlanov ("Qəbələ" İK) - 0:5
Ramiq Allahverdiyev ("Qızıl Əlcək" İK) - Hüseyn Cavadov ("Kür" İK) - 3:2
Mehdi Mehdiyev ("Gömrükçü" İK) - Malik Həsənov ("Gilan" İK) - 0:5
Bəxtiyar Qazıbəyov ("Rabitə" İK) - Valeh Ramazanov ("Qəbələ" İK) - 5:0
Əli Sadıqov (Tovuz) - Rəsul Əsgərov ("Zenit" İK) - İkinci tam üstünlüklə qələbə qazanıb.
Yusif Məhərrəmov (Sumqayıt) - Sənan Əhmədov ("Sədərək" İK) - Birinci döyüşü davam etdirməkdən imtina edib.
Nəriman Fərimanov (Qusar) - Elməddin İsmayılov ("Rabitə" İK) - Birinci döyüşə gəlməyib.
Elvin Abbasov (Mingəçevir) - Mağdi Nəsrulla ("Qəbələ" İK) - 4:1
Emil Əliyev ("Qəbələ" İK) - Müşfiq Eyvazov (Siyəzən) - İkinci döyüşü davam etdirməkdən imtina edib.
Fikrət Qasımov ("Gömrükçü" İK) - Tural Abbasov ("Gömrükçü" İK) - İkinci tam üstünlüklə qələbə qazanıb.
Şəhriyar Əliyev (Ağdam) - Elvin İsayev ("Gilan" İK) - İkinci tam üstünlüklə qələbə qazanıb.
75 kq
Hidayət Musayev ("Kür" İK) - Elvin Səfərov ("Rabitə" İK) - 5:0
Şahin Musayev ("Neftçi" İK) - Abdulla Abdullayev ("Gömrükçü" İK) - 5:0
Məhəmməd Ömərov (Balakən) - Elvin Məhərrəmov ("Qəbələ" İK) - 4:1
Elvin Axundzadə (DİN) - Eşqin Nuriyev (Gəncə) - İkinci döyüşü davam etdirməkdən imtina edib.
Vüqar Məhərrəmov (Naxçıvan) - Elvin Qənbərov (MOİK) - İkinci tam üstünlüklə qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB