Oktyabrın 22-də Türkiyənin "Qalatasaray" klubundan Bakının "Neftçi" komandasına məktub daxil olub. SİA-nın məlumatına görə, məktubda "Neftçi"nin fiziki hazırlıq üzrə məşqçisi, italiyalı mütəxəssis Covanni Melkiorrenin danışıqlar aparmaq üçün İstanbula dəvət olunduğu bildirilir. "Qalatasaray"a yeni təyin olunan baş məşqçi Georgi Hacı C.Melkiorreni fiziki hazırlıq üzrə köməkçisi kimi görmək istəyir.
C.Melkiorre mövsümün sonunadək "Neftçi" ilə müqaviləsinin olmasına baxmayaraq, o, əvvəllər də çalışdığı G.Hacı ilə yenidən birlikdə işləmək üçün klub prezidenti Sadıq Sadıqovdan icazə istəmişdir. Bu haqda klub prezidentinin "Qalatasaray"ın idman direktoru Adnan Sezginlə telefon danışığı olub.
"Qalatasaray" məşqçi ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırdıqdan sonra hər iki klub rəhbərliyi arasında danışıqlar davam edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB