“Neftçi” PFK-nın 6 futbolçusu Azərbaycan milli komandasına dəvət olunub. SİA-nın məlumatına görə, Ruslan Abışov, Rəhman Hacıyev, Emin Mahmudov, Rəşad Əzizli, Məhəmməd Mirzəbəyov və Anton Krivotsyuk yanvarın 30-da Moldova yığması ilə Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq oyununa çağırılıblar.
Xatırladaq ki, “Neftçi”nin daha 4 üzvü – Elnur Cəfərov, Ömər Buludov, Elvin Sərkərov və Kamran İbrahimov U-21 milli komandasının düşərgəsindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB