“Kəpəz” iki futbolçu ilə müqavilə bağlayıb

“Kəpəz” iki futbolçu ilə müqavilə bağlayıb

“Kəpəz” daha iki futbolçu ilə münasibətləri rəsmiləşdirib. SİA-nın məlumatına görə, Gəncə təmsilçisi braziliyalı yarımmüdafiəçilər - Dario Frederiko və Dieqo Souza ilə müqavilə bağlayıb. Dario cari mövsümün sonunadək, Souza isə bir il müddətində “Kəpəz”in şərəfini qoruyacaq.

Xatırladaq ki, Frederiko əvvəlki iki mövsümdə “Kəpəz”in heyətində çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə