"Sumqayıt"ın Antalyadakı hazırlığı haqqında son xəbər

"Sumqayıt"ın Antalyadakı hazırlığı haqqında son xəbər

Antalyada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" futbol klubu V günü bir məşqlə başa vurub. SİA-nın məlumatına görə, komanda səhər saatlarında fitness zalında hazırlaşıb. Təxminən 1 saat davam edən çalışma müxtəlif hərəkətlərlə başa çatıb.

Qeyd edək ki, "Sumqayıt" FK sabah Antalyada 2 dəfə səhər və axşam məşqi ilə stadionda hazırlaşacaq.

Xatırladaq ki, komanda dünən ilk yoxlama oyununda Rumıniya təmsilçisi “Konkordiya”ya 0:1 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə